ABŞ-ın Ankaradakı səfirliyi Qaziantepdə törədilən qanlı terror aktını pisləyib
ABŞ-ın Ankaradakı səfirliyi sosial media hesabında paylaşım edib.
1909022
Amerika Birləşmiş Ştatlarının Ankaradakı səfirliyi Qaziantepdə törədilən qanlı terror aktını pisləyib.
ABŞ-ın Ankaradakı səfirliyi sosial media hesabında paylaşım edib.
Paylaşımda “ABŞ-ın Türkiyedəki diplomatik nümayəndəliyi olaraq bu gün Karkamışda 3 günahsız insanın həlak olması ilə bağlı yas tutan türk xalqına qoşuluruq. Bu zorakılığı və əsassız hücumu qətiyyətlə pisləyirik" ifadəsi yer alıb.
Suriyanın Ayn Əl Ərəb (Kobani) bölgəsində separatçı terror təşkilatı PKK/YPG üzvü terrorçuların Qaziantep vilayətinin Karkamış rayonunda həyata keçirdiyi raket hücumunda 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.