İstanbuldakı hücumun həyata keçirilməsinə yardım edən terrorçu saxlanıldı

İstanbulda törədilən terror hücumunun həyata keçirilməsinə yardım etdiyi müəyyən edilən  Hüsam A. adlı separatçı terror təşkilatı PKK/YPG-nin üzvü Suriyanın Azez şəhərində saxlanılıb.

1907265

Noyabrın 13-də İstanbulun İstiqlal prospektində törədilən partlayışla bağlı aparılan araşdırma çərçivəsində Suriyada saxlanılan ''Hüsam'' ləqəbli şübhəlinin terrorçular ilə birgə hərəkət etdiyi bildirilib.
PKK/KCK/PYD/YPG terror təşkilatının üzvü olduğu müəyyən edilən şübhəlinin Beyoğludakı partlayışdan 1 il əvvəl İstanbula gəldiyi qeyd olunub. Məlumatda ''Hüsam'' ləqəbli şübhəlinin hücumdan sonra Suriyaya qaçqığı təsbit edilib.
Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində Azez şəhərində saxlanılan şübhəli dindirilmək üçün İstanbula gətiriləcək.

Әlaqәli Xәbәrlәr