Rəcəb Tayyib Ərdoğan:''Regionumuzun və ölkəmizin gələcəyində terrorun heç bir növünə yer yoxdur"

Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “DEAŞ-la mübarizə bəhanəsi ilə terror təşkilatına dəstək verənlər tökülən hər damla qana görə məsuliyyət daşıyırlar''.

1906841
Rəcəb Tayyib Ərdoğan:''Regionumuzun və ölkəmizin gələcəyində terrorun heç bir növünə yer yoxdur"

Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “DEAŞ-la mübarizə bəhanəsi ilə terror təşkilatına dəstək verənlər tökülən hər damla qana görə məsuliyyət daşıyırlar''.
Prezident Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında  keçirilən G-20 Liderlər sammitindən sonra jurnalistlərə bəyanatlar verib.
İstanbulda törədilən terror aktına toxunan Rəcəb Tayyib Ərdoğan DEAŞ-la mübarizə bəhanəsi ilə terror təşkilatına dəstək verənlərin tökülən hər damla qana görə məsuliyyət daşıdıqlarını bildirib.
''Bütün dost və müttəfiqlərimizin Türkiyənin haqlı mübarizəsini dəstəkləməsini gözləyirik'' deyən Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə terror təhlükəsini mənbəyində aradan qaldırmaq strategiyasını qətiyyətlə həyata keçirməyə davam edəcək.
Rəcəb Tayyib Ərdoğan çıxışında bu ifadələrə yer verib:"Nə edirlərsə etsinlər, kimin arxasında gizlənirlərsə gizlənsinlər, terrorçular onları gözləyən ağır aqibətdən yaxa qurtara bilməyəcəklər. Regionumuzun və ölkəmizin gələcəyində terrorun heç bir növünə yer yoxdur".
Rəcəb Tayyib Ərdoğan ABŞ-dan F-16-ların tədarükü ilə bağlı deyib:
"Cənab Co Bayden müsbət irəliləyişlərin olduğunu söylədi''. 
Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması məsələsinə də toxunan Türkiye Prezidenti bildirib ki, bu qərarla bağlı heç bir yerdən, heç bir ölkədən icazə almağa ehtiyac yoxdur. Bu iş bitib.
 Polşaya düşən raket məsələsinə də toxunan Türkiye Prezidenti deyib:
"Rusiyanın verdiyi bəyanata hörmət etməliyəm. Rusiyanın "bunun bizə heç bir aidiyyəti yoxdur" deməsi bizim üçün vacibdir. Bayden də deyib ki, raketlər Rusiya istehsalı deyil. Amma məsələ araşdırılmalıdır. Biz Rusiya ilə Ukraynanı eyni masa arxasında əyləşdirmək istəyirik. Belə bir vaxtda təhriklər düzgün addım deyil”.
Taxıl dəhlizi məsələsinə toxunan Türkiye Prezidenti qeyd edib ki, taxıl  
daşımaları davam edir və inanıram ki, davam edəcək. Cənab Vladimir Putinlə görüşərək gübrə və ammonyak daşınmasını müzakirə edəcəyik.



Әlaqәli Xәbәrlәr