Ərdoğan XVII G-20 Zirvə Toplantısı üçün İndoneziyada

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə...

1905949
Ərdoğan XVII G-20 Zirvə Toplantısı üçün İndoneziyada

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan XVII G-20 Zirvə Toplantısında iştirak etmək üçün İndoneziyanın Bali adasına gedib.

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, 15-16 noyabr tarixlərində keçiriləcək sammitin əsas mövzusu “Birgə bərpa - daha güclü bərpa”dır. Bu çərçivədə G-20 dövlət başçıları “Ərzaq və enerji təhlükəsizliyi”, “Sağlıq” və “Rəqəmsal transformasiya” adlı üç sessiyada fikir mübadiləsi aparacaqlar.

  R.T.Ərdoğan sammitdən əvvəl bu gün Balidə ev sahibi - İndoneziya prezidenti Coko Vidodo ilə təkbətək görüşüb. Söhbət zamanı Türkiyə ilə İndoneziya arasındakı əlaqələrə nəzər salınıb, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunub.

  Türkiyə prezidenti söhbət zamanı deyib: “Biz şadıq ki, İndoneziya 2023-cü ilin aprelində MİKTA-ya (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliya) da ev sahibliyi edəcək. Bu münasibətlə ASEAN-ın 2023-cü il müddətinə sədrliyinə görə uğurlar arzulayıram və dialoq tərəfdaşlığı məqsədimizə dəstəyinizi səbirsizliklə gözləyirəm”.

  Türkiyə prezidenti sammit çərçivəsində müxtəlif ölkələrin dövlət başçıları ilə də görüşlər keçirəcək.



Әlaqәli Xәbәrlәr