Dövlət başçılarının İstanbulda törədilən hadisə ilə bağlı başsağlığı mesajları

13 noyabr İstanbulun İstiqlal küçəsində törədilən xain bombalı hücum nəticəsində həyatını itirənlər üçün başsağlığı mesajları yayımlanıb

1905916
Dövlət başçılarının İstanbulda törədilən hadisə ilə bağlı başsağlığı mesajları

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop mesajında: “Əziz millətimizə başsağlığı verirəm. Dövlətimiz bütün aidiyyatı qurumları ilə hadisə yerindədir və partlayışdan zərər çəkmiş bütün xalqımızın və bölgə esnafının yanındadır”.

Vitse-prezident Fuat Oktay da bütün qurumların fəal olduğunu və lazımi araşdırmaların ciddi şəkildə aparıldığını bildirib.

Prezidentin sözçüsü İbrahim Kalın heç bir hücumun Türkiyənin əzmini və müqavimətini qıra bilməyəcəyini vurğulayıb.

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik deyib: “Bu xain hadisəni törədənlər mütləq üzə çıxacaq. Hücumlarla Türkiyəni yolundan döndərməyə çalışanlar heç vaxt uğurlu ola bilməyəcəklər. Bunu daha idrak etməlidilər.

Prezident administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun da sosial media hesabından açıqlama verib.

Altun: “Dinc əhalini hədəfə götürən terror aktları bəzi ölkələrin terror təşkilatlarına verdiyi dəstəyin birbaşa və dolayı nəticəsidir. Əgər bu ölkələr Türkiyənin dostluğunu istəyirlərsə, dərhal terror təşkilatlarına dəstəyi dayandırmalıdırlar”.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu da: “Terroru haradan gəldiyindən asılı olmayaraq lənətləyirik.

İYİ Partiyasının sədri Meral Akşener deyib: “Bu alçaq hücumu qətiyyətlə pisləyirəm”.

 



Әlaqәli Xәbәrlәr