Türkiyə Şimali Kiprə görə Aİ-yə reaksiya bildirdi

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda yazılır...

1905692
Türkiyə Şimali Kiprə görə Aİ-yə reaksiya bildirdi

 

  Türkiyə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin Qıbrızın - Şimali Kipr Türk Respublikasının (ŞKTR) Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olması ilə bağlı verdiyi açıqlamanı qəbul etmədiyini bildirib.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda yazılır: “12 noyabrda Özbəkistanın Səmərqənd şəhərində keçirilən TDT Ölkə Başçıları Zirvə Toplantısında Qıbrızın TDT-yə müşahidəçi üzv olmaq qərarı yekdilliklə qəbul olundu.

  Aİ Xarici Əlaqələr Xidmətinin ŞKTR-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması ilə bağlı sözlərini qəbul etmirik.

  Sammitin bəyanatında qeyd edildiyi kimi, Kipr türkləri (qıbrızlar) türk dünyasının ayrılmaz bir parçasıdır: türk dövlətləri ilə hər sahədə əlaqələr qurmaq və inkişaf etdirmək onların da təbii haqqıdır.

  Avropa İttifaqının Birləşmiş Millətlər Təşkilatı baş katibinin çağırışına xilaf çıxaraq qıbrız xalqının beynəlxalq ictimaiyyətin hörmətli üzvü olmasına maneə törətməsi riyakarlıqdır. Yunanıstan və Kipr Rum İdarəçiliyinin (Cənubi Kipr) əsiri olmuş Aİ-nin ikiüzlülüyü bir daha ortaya çıxdı.

  Kipr adasında ədalətli, daimi və davamlı həll yalnız 1963-cü ildən bəri qəsb edilən qıbrız türk xalqının əldə edilmiş suveren bərabərlik və beynəlxalq statusunun qeydə alınması ilə başlayaca bir prosesdən sonra mümkündür. Buna görə beynəlxalq ictimaiyyət Cənubi Kipri adanın yeganə sahibi görmək mövqeyindən əl çəkməli və ŞKTC-ni tanımalıdır.

  Türkiyənin hər bir halda Qıbrız Cümhuriyyətinin yanında olmağa və bütün beynəlxalq platformalarda Kipr türklərinin səsi olmağa davam edəcək”.



Әlaqәli Xәbәrlәr