Ərdoğan G-20 üçün İndoneziyaya gedir

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə...

1905649
Ərdoğan G-20 üçün İndoneziyaya gedir

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın ev sahibliyi ilə Bali adasında keçiriləcək 17-ci G-20 Zirvə Toplantısında iştirak edəcək.

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, 15-16 noyabr tarixlərində keçiriləcək sammitin əsas mövzusu “Birgə bərpa - daha güclü bərpa”dır. Bu çərçivədə G-20 liderləri “Ərzaq və enerji təhlükəsizliyi”, “Səhiyyə” və “Rəqəmsal transformasiya” adlı üç sessiyada fikir mübadiləsi aparacaqlar.

  Prezident Ərdoğan tədbirdən əvvəl - noyabrın 14-də İndoneziya prezidenti Coko Vidodo ilə ikitərəfli görüş keçirəcək. Görüş zamanı Türkiyə ilə İndoneziya arasındakı əlaqələrə nəzər salınacaq, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

  Türkiyə prezidenti sammit çərçivəsində müxtəlif ölkələrin dövlət başçıları ilə də təkbətək görüşəcək.



Әlaqәli Xәbәrlәr