İstanbulda BMT İnkişaf Əməkdaşlıq Mərkəzinin ofisi qurulur

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu sözügedən mövzu ilə bağlı bildirib...

1904615
İstanbulda BMT İnkişaf Əməkdaşlıq Mərkəzinin ofisi qurulur

 

  İstanbulda İnkişaf Əməkdaşlıq Mərkəzinin regional ofisinin yaradılması üçün Türkiyə ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında ev sahibi ölkə sazişi imzalanıb. Müqaviləni Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu və BMT baş katibinin İnkişaf Əməkdaşlıq İdarəsi rəhbərinin köməkçisinin müavini Oskar Fernandez-Taranko (Oscar Fernandez-Taranco) imzalayıb.

  Səfir Sinirlioğlu sözügedən mövzu ilə bağlı bildirib: “İnkişaf Əməkdaşlıq Mərkəzi ofisinin İstanbulda olması Türkiyə üçün bir prioritetdir. Bu ofis BMT İnkişaf Sisteminin dayaqlarından biridir, qlobal və ölkə səviyyəsindəki təşəbbüslərin əlaqələndirilməsində mühüm rola malikdir.

  Türkiyə Ukrayna taxılının ixracı üçün BMT ilə İstanbul sazişi imzalayıb. Bu, Türkiyə ilə BMT arasında əməkdaşlığın növbəti nümunəsidir. Müqavilə Türkiyə ilə BMT arasında əməkdaşlığı daha da gücləndirəcək.

  Birləşmiş Millətlər Təşkilatı Türkiyədə mövcudluğunu davam etdirir. Hazırda İstanbulda BMT-nin bir neçə regional ofisi fəaliyyət göstərir. Türkiyə ilə BMT arasında əməkdaşlığın artması nəticəsində İstanbul BMT-nin müxtəlif agentliklərinin regional qərargahına çevrilib. Türkiyə İstanbulu BMT üçün böyük bir regional və qlobal mərkəzə çevirmək istəyir”.

  BMT baş katibinin İnkişaf üzrə Əməkdaşlıq üzrə müavini Oskar Fernandez-Taranko da sazişin imzalanması prosesində göstərdiyi səylərə və yaxın əməkdaşlığa görə səfir F.Sinirlioğluna təşəkkür edərək deyib: “Razılaşma BMT-nin islahat səylərinə dəstək baxımından son dərəcə əhəmiyyətlidir. Dünyanın ən gözəl şəhərlərindən olan İstanbulda olmaqdan məmnunluq duyacağıq. İstanbul son dərəcə mühüm bir regional mərkəzdir. Burada yaradılacaq ofis digər bölgə və ölkələrə çıxış baxımından da son dərəcə əhəmiyyətlidir.”



Әlaqәli Xәbәrlәr