Türkiyə Azərbaycanı 8 Noyabr Qələbə Günü münasibətilə təbrik etdi

Nazirliyin paylaşdığı qələbə mesajında yazılır...

1903711
Türkiyə Azərbaycanı 8 Noyabr Qələbə Günü münasibətilə təbrik etdi

 

  Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı 8 Noyabr Qələbə Günü münasibətilə təbrik etdi.

  Nazirliyin paylaşdığı qələbə mesajında yazılır: ​​“Qəhrəmanlıq mübarizəsi nəticəsində işğal olunmuş torpaqlarını azad edən qardaş Azərbaycanı 8 Noyabr Qələbə Günü münasibəti ilə təbrik edirik.

  Azərbaycan ordusu həm də bütün regionda daimi sülh və əmin-amanlıq üçün vuruşub.

  Türkiyə Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və əməkdaşlığın artırılması, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün tam həmrəylik və koordinasiyalı şəklidə fəaliyyət göstərməyə davam edəcək".



Әlaqәli Xәbәrlәr