İsveç Baş naziri sabah Türkiyəyə rəsmi səfər edəcək

Bu barədə Türkiye Prezidenti Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.

1902835
İsveç Baş naziri sabah Türkiyəyə rəsmi səfər edəcək

İsveçin Baş naziri Ulf Kristersson prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək. 
Bu barədə Türkiye Prezidenti Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib. Məlumatda noyabrın 8-də paytaxt Ankarada keçiriləcək görüşlərdə Türkiyə ilə İsveç arasındakı münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək.
Görüşlərdə həmçinin NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində strateji tərəfdaş İsveçlə imzalanmış Üçtərəfli Memorandum əsasında İsveçin NATO-ya üzvlük müraciəti, Türkiyə-Avropa İttifaqı münasibətləri, qlobal və regional məsələlər ətrafında  fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, İsveç xarici işlər naziri Tobias Billström separatçı terror təşkilatı PKK/YPG ilə əlaqə saxlamaq niyyətində olmadıqlarını bildirib.
İsveçin  ''Aftonbladet'' qəzetinə müsahibə verən Tobias Billström NATO ilə Türkiyə arasındakı danışıqların yaxşı getdiyini və prosesin problemsiz davam etdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr