Prezident Ərdoğan: “Putinlə kasıb ölkələrə pulsuz taxıl göndərilməsi barədə razılaşmışıq”

Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 1-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında ehtiyacı olan ölkələrə pulsuz taxıl göndərmək barədə razılığa gəldiklərini bildirib.

1902273
Prezident Ərdoğan: “Putinlə kasıb ölkələrə pulsuz taxıl göndərilməsi barədə razılaşmışıq”

Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 1-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında ehtiyacı olan ölkələrə pulsuz taxıl göndərmək barədə razılığa gəldiklərini bildirib.

Prezident Ərdoğan İstanbulda TÜYAP Sərgi və Konqres Mərkəzində başlayan "MÜSİAD EXPO"-da (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) çıxış edib.

Dünyanın son 3 ildir yeni növ koronavirus (Covid-19) epidemiyası ilə başlayan və regional gərginliklə davam edən ağrılı bir proses yaşadığını vurğulayan Ərdoğan deyib:

“Biz hələ də dağıntıların təsirini hiss edirik. Bir çox ölkələr, o cümlədən inkişaf etmiş ölkələr son illərin ən yüksək inflyasiyanın öhdəsindən gəlməyə çalışır. Ərzaq və enerji böhranı ilə bir çox ölkə bu yeni reallıq qarşısında problemlərlə üzləşir və acizdir. Ən çox hiss edən Asiya və Afrikanın kövrək dövlətləridir”.

Afrikada bir tikə çörəyə çata bilmədiyi üçün dünyasını dəyişən hər uşağın ağrısının vicdanları qanatdığını dilə gətirən Ərdoğan “Bu faciələrə son qoymaq üçün heç bir səy göstərilmir. Ötən gecə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə reallaşdırdığım telefon danışığında da (İndoneziyanın Bali adasında keçiriləcək) "G20-də gündəmə gətirək, dünyada nə edəcəyik. Rusiya ilə Ukrayna arasındakı bu müharibə, biz bu taxılı, gübrəni inkişaf etmiş ölkələrə göndərməliyikmi?” “Mən fikrimi bildirdim ki, bunun üçün orada addım atağın, taxılı az inkişaf etməmiş ölkələrə taxıl göndərəyin, dəstək verəyin” ifadələrindən istifadə edib.

Putinlə telefon danışığında bu məsələnin də gündəmdə olduğunu bildirən Ərdoğan deyib ki, Putin "Gəlin taxılı Cibutiyə, Somaliyə, Sudana pulsuz göndərək” dedi. Həmfikir olduq, razılaşdıq. Bu, atmalı olduğumuz addımdır. Bu ayın 13-14-də Putinlə Balidə görüşəcəyik və bu danışıqları orada aparacağıq. Afrikanın faydalanması üçün konsensusa gəldik. Taxıl dəhlizindəki gəmilərin ilk növbədə təcili ehtiyacı olan Afrika ölkələrinə çatmasını təmin edəcəyik.



Әlaqәli Xәbәrlәr