Türk Hava Yolları "APEX World Class" mükafatına layiq görülüb

Hava Yolları Sərnişin Təcrübə Dərnəyi (APEX) tərəfindən "APEX World Class" və "Beş Ulduzlu Qlobal Hava Yolu 2023" mükafatlarına layiq görülüb.

1901287
Türk Hava Yolları  "APEX World Class" mükafatına layiq görülüb

Türk Hava Yolları (THY) dünyanın ən etibarlı və edimad edilən hava yolu şirkətlərindən biri hesab edilən Hava Yolları Sərnişin Təcrübə Dərnəyi (APEX) tərəfindən "APEX World Class" və "Beş Ulduzlu Qlobal Hava Yolu 2023" mükafatlarına layiq görülüb.

THY mətbuat xidmətindən verilən məlumata görə, APEX qiymətləndirmələri dünya üzrə təxminən 600 hava yolu şirkəti tərəfindən həyata keçirilən 1 milyondan çox uçuşun sərnişinlər tərəfindən qiymətləndirilməsi ilə müəyyən edilir.

"YATES+" məsləhətçiliyi ilə APEX tərəfindən sağlamlıq təhlükəsizliyi, davamlılıq və qonaq təcrübəsi meyarlarına əsaslanan müstəqil yoxlamalar nəticəsində Türk Hava Yolları ardıcıl olaraq ikinci dəfə "APEX World Class" mükafatına layiq görülüb.

Bu il ikinci dəfə keçirilən və dünyada az sayda aviaşirkətə verilən “APEX World Class 2023” mükafatlarına yalnız 8 aviaşirkət layiq görülüb.

Dünyanın ən çox istiqamətinə uçan THY həm də sərnişin reytinqinə görə bu il altıncı dəfə “Beş Ulduzlu Qlobal Hava Yolları” seçilib.

APEX tərəfindən verilən mükafatlar oktyabrın 26-da ABŞ-ın Kaliforniya ştatının Lonq-Biç şəhərində keçirilən "APEX/IFSA EXPO" sərgisində təqdim edilib.



Әlaqәli Xәbәrlәr