Mövlud Çavuşoğlu rusiyalı, iranlı və panamalı həmkarları ilə telefon əlaqəsi saxlayıb

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

1900266

Nazirlikdən verilən məlumata görə, telefon danışığında taxıl dəhlizi, Qafqazdakı son hadisələr və 3+3 regional əməkdaşlıq platforması (Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya, Gürcüstan, İran) müzakirə edilib. 
Mövlud Çavuşoğlu iranlı və panamalı həmkarları ilə də telefon əlaqəsi saxlayıb.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.
Məlumata əsasən, Mövlud Çavuşoğlu Panama xarici işlər naziri postuna təyin olunan  Janaina Tevaney Mencomonu təbrik edib.

Әlaqәli Xәbәrlәr