Rəcəb Tayyib Ərdoğan Yens Stoltenberqlə görüşəcək

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 4-də İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

1898773
Rəcəb Tayyib Ərdoğan Yens Stoltenberqlə görüşəcək

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 4-də İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək. 
Bu barədə Türkiye Prezidenti Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Görüşə İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi, eləcə də Rusiya ilə Ukrayna arasındakı  müharibənin müzakirə ediləcəyi gözlənilir. Məlumatda Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də İsveçin Baş naziri ilə də görüşəcəyi bildirilir.
Qeyd edәk ki, Türkiye Prezidenti Rәcәb Tayyib Әrdoğan İsveçin yeni Baş naziri Ulf Kristersonla telefon әlaqәsi saxlayaraq onu  Ankaraya dәvәt etmişdi. Söhbәt zamanı Ulf Kristersonun oktyabrın 19-da özünә ünvanladığı mәktuba toxunan Rәcәb Tayyib Әrdoğan İsveç hökumәti ilә ikitәrәfli münasibәtlәri hәr sahәdә yüksәk sәviyyәyә çatdırmağa hazır olduqlarını bildirmişdi.



Әlaqәli Xәbәrlәr