"Pəncə-Kilid" əməliyyatı bölgəsində yaralanan əsgər şəhid olub

"Pəncə-Kilid" əməliyyatı bölgəsində bölücü terror təşkilatı üzvləri ilə təmasda yaralanan və xəstəxanaya göndərilən Piyada Mütəxəssisi Çavuş Fatih Bozkurt şəhid olub.

1898206

Bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dünən - oktyabrın 26-da terrorçularla döyüşdə yaralanan Fatih Bozkurt yerləşdirildiyi xəstəxanada bu gün şəhid olub.

Açıqlamada “Bizə dərin ağrı və hüzn verən bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət diləyir, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik” ifadələri yer alıb.

Әlaqәli Xәbәrlәr