Mövlud Çavuşoğlu İranda törədilən terror aktını qınayıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu İranın Şiraz şəhərində bir ziyarətgahı hədəf alan terror aktını sərt şəkildə qınadığını bildirib.

1898539
Mövlud Çavuşoğlu İranda törədilən terror aktını qınayıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu İranın Şiraz şəhərində bir ziyarətgahı hədəf alan terror aktını sərt şəkildə qınadığını bildirib.

Mövlud Çavuşoğlu hücumla bağlı özünün tviter  hesabındapaylaşım edib:

“İranın Şiraz şəhərində müqəddəs şiə ziyarətgahını hədəf alan mənfur və xain terror aktını qətiyyətlə pisləyirik”.

Çavuşoğlu hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Qeyd edək ki, ötən gün İranın Şiraz şəhərindəki Şah Çerağ ziyarətgahında terror aktı törədilib. 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına hücumu zamanı azı 15 nəfər ölüb, 27 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr