Böyük Britaniyanın XİN rəhbəri Türkiyeyə təşəkkür edib

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Qara dəniz üzərindən taxılın daşınması üçün göstərdikləri səylərə görə türkiyeli həmkarı Mövlud Çavuşoğluna təşəkkür edib.

1897638

Rəsmi ''Twitter'' səhifəsində paylaşım edən Ceyms Kleverli türkiyeli həmkarı Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi saxladığını bildirib.
Kleverli deyib: ''Rusiyanın Ukraynaya hücumu nəticəsində yaranan ərzaq böhranının qarşısını almaq üçün göstərdiyi səylərə  görə Mövlud Çavuşoğluna təşəkkür edirəm''.
Türkiyenin yaxın tərəfdaş və müttəfiq olduğunu vurğulayan Kleverli deyib:''Biz ortaq qlobal çətinliklərin öhdəsindən gəlmək üçün birgə işləməyə davam edəcəyik''.
Türkiyenin Xarici İşlər Nazirliyindən verilən məlumatda nazir Mövlud Çavuşoğlunun britaniyalı həmkarı Kleverli ilə telefon əlaqəsi saxladığı bildirilib.
Görüşdə  ikitərəfli əlaqələr, taxıl sazişi və Ukraynada baş verən son hadisələrin müzakirə edildiyi qeyd olunub.
Xatırladaq ki, iyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın daşınması  sazişinin imzalanma mərasimi baş tutub. Mәrasimdә Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak ediblәr.

Әlaqәli Xәbәrlәr