Finlandiya-Türkiye nümayəndə heyətləri arasında danışıqlar başladı

Türkiyedə səfərdə olan Finlandiyanın ədliyyə nazirliyi heyəti rəsmi görüşlərə başlayıb.

1897310
Finlandiya-Türkiye nümayəndə heyətləri arasında danışıqlar başladı

İsveçlə NATO-ya üzvlük üçün müraciət edən Finlandiya İyunun 28-də NATO Zirvə Toplantısına ev sahibliyi edən İspaniyanın paytaxtı Madriddə Türkiye ilə terror təşkilatlarına qarşı əməkdaşlıq mövzusunda vəd verərək üçtərəfli memorandum imzalayıb. Sözügedən ölkə həmin razılaşma çərçivəsində paytaxt Ankaraya nümayəndə heyəti göndərib.

Türkiyeyə gələn Finlandiya Ədliyyə Nazirliyinin heyəti, bu gün Türkiye Ədliyyə Nazirliyinin rəsmiləri ilə bir araya gələrək danışıqlara başlayıb.

İclasda Türkiye Ədliyyə Nazirliyinin nümayəndə heyətinə Xarici Əlaqələr və Avropa İttifaqının baş direktoru Kasım Çiçək rəhbərlik edir.



Әlaqәli Xәbәrlәr