Akar və Şoyqu Ukraynadakı vəziyyəti müzakirə edib

Milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

1896499
Akar və Şoyqu Ukraynadakı vəziyyəti müzakirə edib

Milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Nazirlikdən verilən yazılı açıqlamada Akar və Şoyqunun telefon danışığında ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bildirilərək deyilib ki, regionda təhlükəsizlik vəziyyətini pisləşdirəcək təxribatlara qarşı diqqətli və ehtiyatlı davranmaq, bu cür təşəbbüslərlə bağlı sahədə koordinasiya və əməkdaşlıq şəraitində işləmək barədə məlumat və fikir mübadiləsi aparılıb.

Nazir Akar Prezident Rəcəb Tayyib Ərdoğanın dəfələrlə bəyan etdiyi kimi, bölgədə atəşkəsin əldə olunması, sülhün təmin edilməsi, humanitar yardımlarla sabitliyin bərpası üçün üzərinə düşəni etməyə hazır olduğunu bir daha vurğulayıb.

Milli müdafiə naziri Hulusi Akar İngiltərənin müdafiə naziri Ben Uolleslə də telefonla danışıb. görüşüb.

Telefon söhbətində Ukrayna kontekstində baş verən son hadisələrlə bağlı fikir və məlumat mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr