NATO-nun Hərbi Komitəsi Türkiyedə səfərdədir

NATO-ya üzv ölkələrin yüksək səviyyəli hərbi nümayəndələrindən ibarət NATO Hərbi Komitəsi Beynəlxalq Hərbi Katibliyin şəxsi heyəti və NATO Strateji Komandanlıqları ilə birlikdə Türkiyedə səfərdədir.

1895907
NATO-nun Hərbi Komitəsi Türkiyedə səfərdədir

Milli Müdafiə Nazirliyindən bildirilib ki, NATO-ya üzv ölkələrin yüksək səviyyəli hərbi nümayəndələrindən ibarət NATO Hərbi Komitəsi Beynəlxalq Hərbi Katibliyin şəxsi heyəti və NATO Strateji Komandanlıqları ilə birlikdə Türkiyedə səfərdədir.

Nazirliyin açıqlamasında oktyabrın 20-də İzmirdə yerləşən NATO Müttəfiq Quru Komandanlığı (LADCOM) ilə başlayan səfərin bu gün İstanbulda başa çatacağı bildirilib.

Bəyanatda qeyd olunub ki, nümayəndə heyəti İstanbulda yerləşən Beynəlxalq Müştərək Müharibə Mərkəzi Komandanlığı (ÇMHM), NATO Çevik Yerleştirilə bilən Korpusunun Türkiye Qərargahı (NRDC-T) və NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə (MARSEC-COE) baş çəkəcək.

Açıqlamada əvvəlcədən planlaşdırılan səfər çərçivəsində alyansın şərq qanadında sülhün və etimadın qorunması üçün Türkiyenin təşəbbüsü və məsuliyyətləri, Ukraynaya verdiyi dəstək, Türkiyenin bu kimi təhdidlərə qarşı göstərdiyi səylər, qeyri-qanuni miqrasiya, terror, insan və narkotik qaçaqmalçılığı, Türkiye Silahlı Qüvvələrinin NATO əməliyyat və fəaliyyətlərində qüvvələrin maksimum iştirakı, ittifaqın qarşısının alınması və müdafiəsinə verdiyi dəstək barədə məlumat verildiyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr