Türk Hava Yolları:‘‘İstanbuldan Milana oktyabrın 21-dә olan bәzi uçuşlar lәğv olunub’’

Türk Hava Yolları (THY) İtaliya hava limanında başlayan tətil səbəbindən oktyabrın 21-də bu ölkəyə hәyata keçirilәcәk  bəzi ruçuşların  ləğv edildiyini açıqlayıb.

1895297

Türk Hava Yolları aviaşirkətinin mətbuat xidmətindən verilən məlumata görə, bu ölkəyə sabah planlaşdırılan  "TK 1873-1874 İstanbul-Milan-İstanbul", "TK 1895-1896 İstanbul-Milan-İstanbul" və "AnadoluJet"in "TK 7976-7977 Sabiha Gökçen-Berqamo-Sabiha Gökçen"  uçuşları ləğv edilib.

Qeyd edәk ki, İtaliyada başlayan tətilin vəziyyətindən asılı olaraq ləğv ediləcək uçuşların  sayı dəyişə bilər.

Әlaqәli Xәbәrlәr