Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışına gedir

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə...

1895107
Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışına gedir

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə oktyabrın bu gün Azərbaycana birgünlük işgüzar səfərə gedəcək.

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, R.T.Ərdoğan İ.Əliyevlə birlikdə işğaldan azad edilmiş Azərbaycan ərazisində Türkiyə şirkətlərinin töhfələri ilə inşa edilən ikinci hava limanının - Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək.

İki ölkənin başçıları tərəfindən regionun inkişafı üçün həyata keçiriləcək növbəti yeni layihələri, bütün aspektləri ilə Türkiyə ilə Azərbaycan arasında münasibətləri, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar, həmçinin aktual regional və qlobal problemlər müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr