Ərdoğan və Zelenski arasında növbəti telefon danışığı oldu

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb

1895116
Ərdoğan və Zelenski arasında növbəti telefon danışığı oldu

 

   Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında oktyabrın 19-unda telefon danışığı olub. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

  Bildirilir ki, prezidentlər Rusiya-Ukrayna müharibəsinə dair son prosesləri müzakirə ediblər.

  Türkiyə prezidenti müzakirə zamanı bütün hallarda diplomatik həll variantının aktual saxlamağın vacibliyini bildirərək müharibənin müzakirələr yolu ilə sona çatması üçün lazım olan töhfələri verməyə hazır olduqlarını ifadə edib.

  Bundan başqa, Türkiyə prezidenti Bartındakı daş-kömür mədənində baş verən partlayışdakı insan tələfatına görə başsağlığı verdiyinə görə ukraynalı həmkarına minnətdarlığını bildirib.



Әlaqәli Xәbәrlәr