Türkiye “Əlcəzair Bəyannaməsi”ni yüksək qiymətləndirib

Türkiye Fələstinli qruplar arasında keçirilən milli barışıq konfransında tərəflərin bir çox mövzuda razılaşmalarını yüksək qiymətləndirib.

1892728
Türkiye “Əlcəzair Bəyannaməsi”ni yüksək qiymətləndirib

Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı açıqlama verilib: “12-13 oktyabr tarixlərində Əlcəzairin himayəsi ilə Fələstinli qruplar arasında keçirilən milli barışıq konfransının müsbət nəticələnməsini yüksək qiymətləndirir və dəstəklədiyimiz Fələstinli qruplar arası barışıq prosesinə Əlcəzairin verdiyi töhfələri təqdir edirik”.

Nazirliyin açıqlamasında həmçinin qeyd edilib ki, konfransın sonunda qəbul edilən bəyannamənin Fələstinli qruplar arasında həmrəyliyin bərpasına zəmin yaradmadısı, başda seçkilərin keçirilməsi olmaqla müəyyən edilən addımların atılmasını ümid edirik.

Yada salaq ki, Əlcəzairdə bir araya gələn Fələstinli qruplar dünən razılaşdıqları “Əlcəzair Bəyannaməsi”ni mərasimlə imzalayıblar.

Mərasimdə 14 Fələstin qrupunun nümayəndələri və Əlcəzair Prezidenti Əbdülməcid Tebbun iştirak edib.



Әlaqәli Xәbәrlәr