Mövlud Çavuşoğlu: ‘‘Avropada enerji böhranının hәll edilmәsini istәyirik’’

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Biz Avropada enerji böhranının həll edilməsini istəyirik''

1893004
Mövlud Çavuşoğlu: ‘‘Avropada enerji böhranının hәll edilmәsini istәyirik’’

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Biz Avropada enerji böhranının həll edilməsini istəyirik''

Mövlud Çavuşoğlu Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin VIII iclası çərçivəsində Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə birgə mətbuat konfransı təşkil edib.

Nazir Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Avropadakı enerji böhranının həll edilməsini istəyir.

"Hazırda Türkiyədə mühüm enerji xətləri var. "Türk axını 1" öz ehtiyaclarımız üçün tikilib. "Türk axını 2" əslində Cənub-Şərqi Avropa ölkələrini hədəf alan bir layihədir. Biz Avropada enerji böhranının həll edilməsini istəyirik. Biz Avropada bu problemlərin aradan qaldırılmasına töhfə veririk''.

Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarından (ABŞ) F-16-ların tədarükü ilə bağlı deyib: "ABŞ administrasiyası və Pentaqon F-16-ların Türkiyəyə təhvil verilməsinin yalnız Türkiyənin deyil, NATO-nun da xeyrinə olacağı fikrindədir. Təbii ki, bunu qısa müddətdə  yekunlaşdırmaq lazımdır''.

Mövlud Çavuşoğlu  çıxışında həmçinin  Ukrayna və Rusiya ilə dialoqun davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

“Hər iki tərəflə dialoq davam etdirilməlidir. Qərblə Rusiya arasında müzakirə ediləcək məsələlər var'',-deyə Mövlud Çavuşoğlu qeyd edib.

Ermənistanla Türkiye arasındakı normallaşma prosesinə də toxunan Mövlud Çavuşoğlu deyib:  “Ermənistanla hazırda imzalayacağımız hər hansı bir saziş yoxdur. Münasibətlərin normallaşması üçün hansı addımları atacağımızı müzakirə edirik  və müəyyən addımlar atırıq. Bundan sonra iki ölkənin xüsusi nümayəndələri arasındakı görüşlər Türkiyə və Ermənistanda keçiriləcək''.

 



Әlaqәli Xәbәrlәr