Hulusi Akar Brüsselə səfər edib

Türkiyenin milli müdafiə naziri Hulusi Akar NATO-nun mənzil qərargahında keçiriləcək müdafiə nazirləri səviyyəsindəki iclasa qatılmaq üçün Belçikanın paytaxtı Brüsselə səfər edib.

1891536

Nazirlikdən verilən açıqlamada Hulusi Akarın bu gün Brüsseldə başlayacaq NATO-nun müdafiə nazirləri səviyyəsindəki iclası çərçivəsində keçiriləcək sessiyalara qatılacağı və iki gün ərzində NATO-nun mənzil qərargahında müxtəlif ikitərəfli görüşlər keçirəcəyi bildirilib.
Açıqlamada həmçinin Akarın NATO-nun Baş katibi Yens Stoltenberqlə də görüşəcəyi qeyd olunub.

Әlaqәli Xәbәrlәr