Prezident Ərdoğan Praqaya gedib

Prezident Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyi liderlərinin sammitinda iştirak etmək üçün Çexiyanın paytaxtı Praqaya gedib.

1889232
Prezident Ərdoğan Praqaya gedib

Prezident Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyi liderlərinin sammitinda iştirak etmək üçün Çexiyanın paytaxtı Praqaya gedib.

Dövlət başçısı Ərdoğan 27 Avropa İttifaqı (Aİ) ölkəsi ilə yanaşı 17 Aİ üzvü olmayan Avropa ölkəsinin də dəvət edildiyi tədbirdə “sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa toplantılarına qatılacaq.

Ərdoğanın xarici işlər naziri Mövlud Çavuşoğlunun müşayiəti ilə bəzi liderlərlə ikitərəfli görüşləri də gözlənilir.

Qeyd edək ki, Avropa Siyasi Birliyi ideyası ilk dəfə may ayında Fransa prezidenti Makron tərəfindən irəli sürülüb.

Görüşün Aİ-dən kənarda və bütün Avropada siyasi müzakirələr üçün platforma olması arzu edilir. Aİ administrasiyası da bu ideyanı dəstəkləyir.



Әlaqәli Xәbәrlәr