PKK terror təşkilatı polis məntəqəsinə hücum edib

Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda qadın terrorçulardan ibarət qruplaşma polis məntəqəsinə silahlı hücum edib.

1885023
PKK terror təşkilatı polis məntəqəsinə hücum edib

Daxili işlər naziri Süleyman Soylu xain hücum ilə əlaqəli açıqlama verib.

Nazirin sözlərinə görə, hücum zamanı 1 polis əməkdaşı şəhid olub, 1 polis məmuru isə yaralanıb.

Nazir terror aktının PKK tərəfindən həyata keçirildiyini və hadisə zamanı bir mülki vətəndaşın yaralandığını deyib: “Eyvanda oturan mülki vətəndaşlarımızdan birinə də güllə dəyib. Şükürlər olsun ki, onun həyatı üçün təhlükə yoxdur”.

Nazirin sözlərinə görə hadisəni törədən PKK terror təşkilatı üzvü iki quldurdan birinin kimliyi məlum olub.

 



Әlaqәli Xәbәrlәr