Prezident Ərdoğan Türkiyedəki yəhudi icmasını təbrik edib

Prezident Rəcəb Tayyib Ərdoğan İbrani təqviminə görə yeni ilin simvolu olan Roş-Ha-Şana münasibəti ilə yəhudi icmasını təbrik edib.

1884218
Prezident Ərdoğan Türkiyedəki yəhudi icmasını təbrik edib

Prezident Rəcəb Tayyib Ərdoğan İbrani təqviminə görə yeni ilin simvolu olan Roş-Ha-Şana münasibəti ilə yəhudi icmasını təbrik edib.

Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamaya görə, Ərdoğan Roş-Ha-Şana münasibətilə təbrik mesajı yayıb.

Yəhudi vətəndaşlarını Roş-Ha-Şana günü münasibətilə təbrik edən prezident Ərdoğan deyib:

"Müxtəlif dinlərə mənsub vətəndaşlarımızın əsrlər boyu birgə sülh və əmin-amanlıq şəraitində yaşaması ölkəmizi hər zaman güclü edən ən mühüm keyfiyyətlərdən biridir. Bu sərvətlərin ölkəmizi hər mənada irəli aparacağına tam əminəm. Bu vəsilə ilə İbrani təqviminə görə "yeni ili"n simvolu olan Roş-Ha-Şananın Türkiyedəki yəhudi vətəndaşlarımız başda olmaqla bütün yəhudilərə sağlıq və xoşbəxtlik gətirməsini diləyirəm".


Etiketlәr: #Roş-Ha-Şana

Әlaqәli Xәbәrlәr