“Təklif edirəm ki, bu cür tədbirlər digər türk dilli dövlətlərin iştirakı ilə genişlənsin”, F.Koca

Bakıda Türkiyə-Azərbaycan Səhiyyə Biznes Forumu və Sərgisi işə başlayıb

1883290
“Təklif edirəm ki, bu cür tədbirlər digər türk dilli dövlətlərin iştirakı ilə genişlənsin”, F.Koca
Fəxrəddin Koca - İlham Əliyev görüşü.jpg

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Azərbaycanın paytaxtı Bakıdadır.

  Türkiyə-Azərbaycan Səhiyyə Biznes Forumu və Sərgisi işə başlayıb.

  Tədbirdə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, hər iki ölkənin səhiyyə sektorunun aparıcı şəxsləri və çoxlu qonaqlar iştirak ediblər.

  F.Koca çıxışında deyib: “Azərbaycana Türkiyə sərmayəsi 12 milyard dolları keçib. Azərbaycan sərmayəsi isə Türkiyəyə 20 milyard dolları aşıb. İkitərəfli ticarətin həcmi təxminən 5 milyard dollardır. Bu cür tədbirlər prezidentlərimizin təyin etdiyi 15 milyard dollar hədəfə böyük töhfə verəcək.

  Təklif edirəm ki, növbəti illərdə bu cür tədbirlər təkcə Türkiyə və Azərbaycanın iştirakı ilə deyil, Türkiyə Dövlət Təşkilatına üzv olan Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstan, eləcə də digər türk dilli dövlətlərin iştirakı ilə genişlənsin”.

  Azərbaycanın səhiyyə naziri Teymur Musayev öz növbəsindəki çıxışında bunları söyləyib: “Yeni növ koronavirus (Covid-19) epidemiyası və İkinci Qarabağ Müharibəsi (2020) zamanı Türkiyənin Azərbaycan səhiyyə sahəsinə dəstəyinə və türkiyəli həkimlərə qazilərimizi müalicə etdiyinə görə təşəkkür edirik.

  Türkiyənin təcrübəsindən yararlanırıq və əlaqələri daha da inkişaf etdirmək əzmindəyik.”

  Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 22-də Türkiyənin səhiyyə naziri Fəxrəddin Kocanı qəbul edib.

  Sentyabrın 23-də isə türkiyəli nazir Qarabağın mərkəzi Şuşaya gedəcək.

  



Әlaqәli Xәbәrlәr