Prezident Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərində görüşlərini davam etdirir

Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasına qatılmaq üçün ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Prezident Rəcəb Tayyib Ərdoğan təmaslarını davam etdirir.

1882503
Prezident Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərində görüşlərini davam etdirir

Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasına qatılmaq üçün ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Prezident Rəcəb Tayyib Ərdoğan təmaslarını davam etdirir.

Dövlət başçısı həmin çərçivədə İordaniya Kralı II Abdullah ilə görüşüb.

Ərdoğan BMT Baş Qərargahında çıxışından sonra Finlandiya prezidenti Sauli Niinisto və Qırğızıstan prezidenti Sadir Çaparov ilə də görüşüb.

İspaniyanın Baş naziri Pedro Sançesi qəbul edən Ərdoğan BMT-nin Baş Qərargahında Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Tani, Qazaxıstan prezidenti Kasım Cömert Tokayev, Cənubi Koreya prezidenti Yoon Suk-yeol, Banqladeş Baş naziri Şeyx Hasina Vecid ilə də görüş keçirib.

Cənubi Koreya prezidenti Yoon Sukyeol prezident Ərdoğanın NATO-dakı rolunu və liderliyini yüksək qiymətləndirdiklərini bildirib.

Prezident Ərdoğan Yoon Suk-yeolun onu ölkəsinə dəvət etməsi qarşısında yaxın zamanda Cənubi Koreyaya səfər etməyi planlaşdırdığını ifadə edərək, "Görüşməliyik. Görməli çox işimiz var" deyib.

Ərdoğanın Qazaxıstan prezidenti Tokayevlə söhbətini BMT-nin baş katibi Antonio Quterreş müşayiət edib.

Buradan piyada gedən Ərdoğan onu müşayiət edən İordaniya kralı II Abdullahla birlikdə Türkevinə gedib.

Prezident Ərdoğan burada İordaniya Kralı II Abdullah ilə görüşüb.

Daha sonra Ərdoğan Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino ilə görüşüb, həmçinin İsrailin baş naziri Yair Lapid və Yaponiyanın baş naziri Kişida Fumionu qəbul edib.

Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Kişida Rusiyanın Ukraynaya hücumlarını “beynəlxalq nizamın təməlini sarsıdan zorakı hərəkətlər” kimi qiymətləndirib.

Kişida Türkiyənin hücuma məruz qalan taxıl ixracını qorumaqda fəal rolunu və "davamlı diplomatik səylərini" alqışladıqlarını bildirib.

Görüş zamanı iki lider iki ölkə arasında iqtisadi tərəfdaşlıq sazişinin dərhal bağlanması üçün danışıqları sürətləndirmək barədə razılığa gəliblər.

Görüşlər mətbuata qapalı keçirilib.

Prezident Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Telefon söhbətindən sonra sosial media hesabından açıqlama verən Zelenski "Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardıq. Gündəmdəki təhlükəsizlik məsələləri müzakirə olundu" deyib.



Әlaqәli Xәbәrlәr