Ərdoğan türkiyəli həmvətənləri ilə Nyu-Yorkun Mərkəzi Parkında

Ərdoğanı Türkiyənin ABŞ-dakı səfiri Həsən Murat Mercan və Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Feridun Sinirlioğlu müşayiət edib

1881317
Ərdoğan türkiyəli həmvətənləri ilə Nyu-Yorkun Mərkəzi Parkında

 

  Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkun Mərkəzi Parkında gəzib.

  Ərdoğanı Türkiyənin ABŞ-dakı səfiri Həsən Murat Mercan və Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Feridun Sinirlioğlu müşayiət edib.

  Türkiyə prezidenti sentyabrın 18-də ABŞ-da fəaliyyət göstərən türk qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcək və Türkiyə-Amerika Milli Rəhbər Komitəsinin təşkil etdiyi şam yeməyinə qatılacaq.



Әlaqәli Xәbәrlәr