"Şanxay Əməkdaşlıq Təşkilatı Asiyaya açılan pəncərələrimizdən biridir", R.T.Ərdoğan

Özbəkistanın Səmərqənd şəhərində keçirilən ŞƏT-ə üzv ölkələrin dövlət başçılarının 22-ci zirvə toplantısında çıxış edən R.T.Ərdoğan deyib...

1880898
"Şanxay Əməkdaşlıq Təşkilatı Asiyaya açılan pəncərələrimizdən biridir", R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Türkiyənin Asiyaya açılan pəncərələrindən birinə çevrildiyini bildirib.

  Özbəkistanın Səmərqənd şəhərində keçirilən ŞƏT-ə üzv ölkələrin dövlət başçılarının 22-ci zirvə toplantısında çıxış edən R.T.Ərdoğan deyib: “Şanxay Əməkdaşlıq Təşkilatını Asiyanın tolerantlıq mühiti və qədim mədəniyyətin hazırkı timsalı kimi görür, təşkilatla əlaqələrin inkişafına önəm veririk.

  Son 10 ildə Dialoq Tərəfdaşlığı statusumuz sayəsində ŞƏT Asiyaya açılan pəncərələrimizdən birinə çevrilib.

  Türkiyənin Şərqlə Qərb arasında körpü mövqeyi ona xüsusi imkanlar verib. Bu anlayışla təhlükəsizlikdən iqtisadiyyata, enerjidən nəqliyyata, kənd təsərrüfatından turizmə qədər hər sahədə Şanxay Əməkdaşlıq Təşkilatını dövlətləri ilə əməkdaşlığa hazırıq.

  Problemlərin qloballaşdığı bir dövrdür. Bu problemləri əməkdaşlıqla aradan qaldırıla bilərik.

  Yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı inkişaf etmiş ölkələr belə sınaqdan yaxşı keçə bilmədi. Amma biz Türkiyə olaraq 161 ölkə və 12 beynəlxalq təşkilata yardım etdik. Öz imkanlarımızla hazırladığımız TÜRKOVAC peyvəndini bəşəriyyətə payladıq.

  Qlobal sistem islahatına ehtiyac duyur. Daha ədalətli bir nizam qurulmalıdır. Məqsədimiz insanları və humanitar dəyərləri mərkəzə qoymaqla regionumuzda və onun hüdudlarından kənarda sülh kəməri yaratmaqdır.

  Ukrayna taxılının Qara dəniz üzərindən daşınması üçün Birləşmiş Millətlər Təşkilatı və tərəflərlə (Rusiya-Ukrayna) intensiv əməkdaşlıq edirik.

  Terror sərhəd tanımır və gündən-günə çirkli üzünü göstərir. Çox vaxt tək qalsaq da, terror təşkilatlarına qarşı mübarizəmizi daim davam etdiririk”.



Әlaqәli Xәbәrlәr