Rәcәb Tayyib Әrdoğan ŞӘT sammitinә qatılacaq

Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün bu gün Özbəkistana səfər etdi.

1880055
Rәcәb Tayyib Әrdoğan ŞӘT sammitinә qatılacaq

Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün bu gün Özbəkistana səfər etdi.

Bu barәdә Türkiye Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsindәn verilәn mәlumatda bildirilib.

Türkiye Prezidentinin sammit çərçivəsində bir sıra ikitərəfli görüş keçirmәsi gözlәnilir.

Prezident Ərdoğan sammitin keçiriləcəyi Səmərqənd şəhərində  ağacəkmə tədbirinə qatılacaq, şəhərin yeni salınan bölgələrinə baş çəkəcək və şam yeməyində digər liderlərlə görüşəcək.

Ərdoğan ertəsi gün sammitin açılış mərasiminə qatılacaq və sammitin ikinci panelində çıxış edəcək.

Rəcəb Tayyib Ərdoğanın sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinlə yanaşı, bir sıra ölkənin dövlət başçısı ilə ikitərəfli görüşlər keçirəcəyi bildirilib.

Prezident Ərdoğanın Rusiya prezidenti Putinlə keçirəcəyi görüşdə taxıl dəhlizi məsələsinin müzakirə olunması gözlənilir.

Sammitdə ŞƏT-ə üzv olan Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Hindistan, Özbəkistan,  təşkilatın müşahidəçi üzvləri olan Belarus, Monqolustan ilə İran prezidentləri, Türkmənistan prezidenti  Sərdar Berdiməhəmmədov və Beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.



Әlaqәli Xәbәrlәr