“Hər kəs ağlını başına yığsın”, M.Çavuşoğlu

Paytaxt Ankarada keçirilən simpoziumun açılışında çıxış edən M.Çavuşoğlu bildirib...

1878884
“Hər kəs ağlını başına yığsın”, M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Başqalarının adından macəraya çıxsanız, bunun nəticələrini görəcəksiniz. Bu, Yunanıstana bir xəbərdarlıqdır" dedi.

  Paytaxt Ankarada keçirilən simpoziumun açılışında çıxış edən M.Çavuşoğlu bildirib: "Hər kəs ağlını başına yığsın. Xüsusilə, Yunanıstana deyirik. Başqalarının maşası olmayın. Təhrikə davam etməyin. Çünki Türkiyənin dostluğu qədim, düşmənçiliyi isə ağırdır. Bunu ağlınızdan çıxarmayın.  

  Egey dənizinin hər iki tərəfindəki qonşuların hüquqlarına hörmət etməliyik desək də, yunanlar hələ də qaşımağa, qaşınmağa davam edir. Başqalarının adına macəraya girsəniz, bunun nəticələrini görəcəksiniz. Bu, Yunanıstana bir xəbərdarlıqdır”.

  Xatırladaq ki, avqustun sonunda Egey və Şərqi Aralıq dənizlərində uçuşlar həyata keçirən Türkiyə təyyarələri Yunanıstanın “S-300” hava hücumundan müdafiə sisteminin radarı ilə bağlanıb. Sentyabrın ikinci həftəsi isə Yunanıstan Sahil Mühafizəsinin qayıqları Egey dənizində beynəlxalq sularda üzən ticarət gəmisinə atəş açıb.

 



Әlaqәli Xәbәrlәr