Komor adaları bayraqlı "Anatolian" gəmisinə atəş açıldı
Çanaqqala Prokurorluğunun göstərişinə əsasən, hadisə ilə bağlı istintaq başlanıb
Türkiyənin Bozcaada sahillərində beynəlxalq sularda üzərkən Yunanıstan Sahil Mühafizəsi tərəfindən atəşə tutulan Komor adaları bayraqlı "Anatolian" gəmisi Çanaqqala boğazında lövbər salıb.
Çanaqqalanın Bozcaada rayonundan 11 dəniz mili cənub-qərbində baş verən hadisədən sonra “Ro-RoZ” gəmisi 18 nəfərlik heyətlə boğaza gəlib. İki qayıqla Sahil Mühafizəsi Komandanlığı əməkdaşlarının müşayiəti ilə gəmi boğazın Qaranlıq Liman yerində lövbər salıb.
Yunanıstanın 2 Sahil Mühafizə gəmisi Komor adaları bayraqlı “Ro-Ro” gəmisi "Anatolian"a atəş açıb. Çanaqqala Gəmi Trafik Xidmətinin xəbəri üzərindən Türkiyə Sahil Mühafizəsinin 2 kateri bölgəyə göndərilib. Türkiyə qayıqlarının gəlişindən sonra Yunanıstan Sahil Mühafizəsi bölmələri sürətlə ərazini tərk edib.
Atəş açılsa da, 18 ekipaj üzvü (6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı) olan gəmidə can itkisi və xəsarət alan olmayıb.
Çanaqqala Prokurorluğunun göstərişinə əsasən, hadisə ilə bağlı istintaq başlanıb.
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...