Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstana xəbərdarlığı

Prezident Rəcəb Tayyib Ərdoğan Bosniya-Hersoqovina, Serbiya və Xorvatiyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

1877999
Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstana xəbərdarlığı

“Bir gecə qəflətən gələ bilərik” dedik, onlar bunu başa düşürlər”.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Bosniya-Hersoqovina, Serbiya və Xorvatiyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Daha əvvəl Yunanıstanla bağlı səsləndirdiyi “Bir gecə qəflətən gələ bilərik” ifadəsi ilə bağlı sualı cavablandıran Ərdoğan çatdırmaq istədiyi mesajın çox açıq olduğunu vurğulayıb:

"Yunanıstanın Türkiyeyə qarşı son münasibəti izaholunmazdır. Bir tərəfdən onların Egeydə törətdikləri qanun pozuntuları var, bəziləri NATO vəzifələrini yerinə yetirən təyyarələrimizə qarşı təqiblər var, S-300 zenit raket sistemlərilə radar kilidlənməsinə qədər müdaxilələr var. Bizim S-400 hadisəmiz haqqında danışanlardan Yunanıstanın S-300-ləri haqqında nəsə eşitmisinizmi? S-300-lər də Rusiyanın, S-400-lər də. Amma buna heç bir söz yoxdur. Əksinə hərbi statusa, silahlanmağa davam edirlər”.

ABŞ-ın Yunanıstanda baza qurmasına toxunan Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına getdiyi zaman (20-26 sentyabr) ABŞ prezidenti Co Baydenlə görüşmək və bu mövzularda danışmaq fürsəti tapacağını bildirib.

Yunanıstanın Egey və Şərqi Aralıq dənizində Türkiyeyə tətbiq etməyə çalışdığı maksimalist tezislərin olduğunu açıqlayan dövlət başçısı dənizdibi əraziləri barədə ise belə deyib:

"Bunun da qəbul ediləcək heç bir tərəfi yoxdur. Türkiye ilə təkbətək danışmaq əvəzinə BMT-də, Amerika Birləşmiş Ştatlarında, Avropa İttifaqında və hətta ən güclü üzvü olduğumuz NATO-da davamlı olaraq bizdən şikayət edərək təhdid mexanizmləri işlədirlər. Qəbul etmək mümkün deyil. Onlarla düşəcəkləri dildə danışırıq. Mən başa düşürəm ki, onlar da başa düşürlər".



Әlaqәli Xәbәrlәr