Türkiye Yunanıstanla bağlı beynəlxalq təşkilatlara məktub ünvanlayıb

Xarici işlər naziri Mövlud Çavuşoğlunun imzaladığı məktubda Yunanıstanla Egey dənizindəki mübahisəli məsələlərdən bəhs edilir.

1876641
Türkiye Yunanıstanla bağlı beynəlxalq təşkilatlara məktub ünvanlayıb

Türkiye Yunanıstanla bağlı beynəlxalq təşkilatlara məktub ünvanlayıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun imzaladığı məktubda Yunanıstanla Egey dənizindəki mübahisəli məsələlərdən bəhs edilir. Məktub Avropa İttifaqının 25 üzv ölkəsinə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə, NATO-nun baş katibi Yens Stoltenberqə, BMT-nin baş katibi Antonio Quterreşə göndərilib.

Məktubda Egey dənizində ərazi sularının və milli hava məkanının eni, kontinental şelf və ərazi sularının məhdudlaşdırılması, şərq adalarının qeyri-hərbi statusunun pozulması kimi bir sıra problemlərin olduğu bildirilir. Həmçinin Egey dənizində Yunanıstanın suverenliyinə daxil olmayan adalar və qayaların SAR, FIR ve NAVTEX kimi xidmət sahələri  olduğu vurğulanır.

Yunanıstanın Egeydəki ərazi sularının eni 6 dəniz mili olmasına baxmayaraq 10 dəniz mili hava sahəsinə sahib olduğunu iddia etdiyi vurğulanan məktubda Yunanıstanın dünyada heç bir ölkə tərəfindən tanınmayan və heç bir ölkənin hüquq qaydaları ilə üst-üstə düşməyən sahil suları və hava məkanı sərhədlərinə sahib yeganə ölkə olduğu qeyd edilib.

Digər tərəfdən, məktubda Türkiyenin Egey məsələlərinin iki ölkənin əsas hüquq və qanuni maraqlarının qarşılıqlı tanınması ilə beynəlxalq hüquq çərçivəsində həll oluna biləcəyinə inandığı bildirilib.

Məktubda həmçinin qeyd olunub ki, Türkiyənin dialoq və əməkdaşlıq tərəfdarı mövqeyinə baxmayaraq, Yunanıstan dialoqdan qaçıb, gərginliyi artırıb və Aİ-ni Egey problemlərinin bir parçası edib.



Әlaqәli Xәbәrlәr