Avropada “Bayraktar TB2” və “Bayraktar Akıncı”ya tələbat artıb

“Baykar”ın baş direktoru Haluk Bayraktar A.Dudaya “Bayraktar Akıncı Attack” PUA modelini hədiyyə edib və...

1876099
Avropada “Bayraktar TB2” və “Bayraktar Akıncı”ya tələbat artıb

 

  “Baykar”ın baş direktoru Haluk Bayraktar Ukraynadakı müharibədən sonra Avropa qitəsində “Bayraktar TB2” və “Bayraktar Akıncı” kimi silahlı pilotsuz uçuş aparatlarına (SİHA) tələbatın artdığını, müxtəlif ölkələrlə danışıqlar getdiyini bildirib.

  Polşanın Kielce şəhərində təşkil edilən, sentyabrın 6-da başlayan, Mərkəzi və Şərqi Avropanın ən böyük hərbi sərgisi olan “MSPO 2022”də Türkiyə "Lider ölkə" olaraq iştirak edir.

  Türkiyə şirkətləri sərgidə Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin (SSB) koordinasiyası, Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyinin (SSİ) dəstəyi ilə yer alır.

  Türkiyə müdafiə sənayesinin pilotsuz uçan aparat (PUA) istehsalçılarından biri olan “Baykar” da mini smart sursatla təchiz edilmiş “Bayraktar TB2”ni nümayiş etdirir.

  Yarmarka ərazisində “Baykar” stendinə baş çəkən Polşa prezidenti Ancey (Andjey) Duda “Bayraktar TB2” haqqında məlumat alıb.

  “Baykar”ın baş direktoru Haluk Bayraktar A.Dudaya “Bayraktar Akıncı Attack” PUA modelini hədiyyə edib və “Bayraktar”ın Polşaya təhvil verilməsinin oktyabrdan başlanacağını və istifadəçi təlimlərinin tamamlanmaq üzrə olduğunu bildirib.

  H.Bayraktar “Bayraktar TB2”nin 24 ölkə, “Bayraktar Akıncı”nın isə 4 ölkə ilə ixrac müqavilələri olduğunu söyləyib.

  Qeyd edək ki, Ukraynadakı müharibədən sonra Avropada Türkiyənin müdafiə və aerokosmik sənaye məhsullarına maraq artıb.

  2022-ci ilin 25-28 oktyabrında İstanbulda keçirilcək “SAHA Expo” Beynəlxalq Müdafiə və Aviasiya Sərgisi üçün Avropadan ciddi sifariş gəlib.



Әlaqәli Xәbәrlәr