Ukraynadan İtaliyaya qarğıdalı daşıyan gәmi qәzaya uğrayıb

Bu barədə Türkiyə Sahil Mühafizə Xidmәti məlumat yayıb.

1874823
Ukraynadan İtaliyaya qarğıdalı daşıyan gәmi qәzaya uğrayıb

Ukraynadan İtaliyaya taxıl daşıyan  “Lady Zehma” yük gəmisi Türkiyədə qəzaya uğrayıb.

Bu barədə Türkiyə Sahil Mühafizə Xidmәti məlumat yayıb.

Mәlumatda vurğulanıb ki, 3 min ton qarğıdalı ilə üzən gəmi İstanbulun Bebek səmti yaxınlığında İstanbul boğazından keçərkən sahilə çıxıb.

Nəticədə boğazda nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edәk ki, hadisə yerinə çox sayda  xilasetmə qayıqları göndərilib.



Әlaqәli Xәbәrlәr