Fәxrәddin Altun APA xәbәr agentliyinә müsahibә verib

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun bildirib ki, Türkiyәnin ev sahibliyindә bağlanan taxıl sazişi sayәsindә qlobal әrqaz böhranının qarşısı alınıb.

1874710
Fәxrәddin Altun APA xәbәr agentliyinә müsahibә verib

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun bildirib ki, Türkiyenin ev sahibliyindә bağlanan taxıl sazişi sayәsindә qlobal әrqaz böhranının qarşısı alınıb.

Fәxrәddin Altun mәrkәzi Avstriyada yerlәşәn APA xәbәr agentliyinә müsahibә verib.

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri bildirib ki, Türkiye Ukrayna ilә Rusiya arasındakı problemin diplomatik vә sülh yolu ilә hәll edilmәsi üçün sәylәr göstәrmәyә hazırdır.

Taxıl dәhlizi mәsәlәsinә toxunan Fәxrәddin Altun deyib: ‘‘İndiyәdәk qüsursuz işlәyәn mexanizm bizә daha әhatәli tәşәbbüslәr mәsәlәsindә cәsarәt verir’’.

Fәxrәddin Altun həmçinin qeyd edib ki, qlobal proseslәr Türkiye ilə Avropa İttifaqını yaxınlaşdırıb.

Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilә bağlı sualı cavablandıran Türkiye Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fәxrәddin Altun iki dövlətin Türkiyenin təhlükəsizliyi ilə bağlı səmimi mövqe tutduqlarını görmək istədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr