Pakistana yardım daşıyan daha iki təyyarə yola düşüb

Milli Müdafiə Nazirliyi Türkiyenin göndərdiyi humanitar yardım materiallarını daşıyan daha iki təyyarənin seldən zərər çəkmiş Pakistana yola düşdüyünü açıqlayıb.

1873175

Nazirliyin sosial media hesabında "Ölkəmizin yardım əli seldən zərər çəkən pakistanlı qardaşlarımıza çatmaqda davam edir. Humanitar yardım materiallarını daşıyan daha iki təyyarə Ankara Etimesgut Hava Limanından yola düşdü" deyilib.

Paylaşımda təyyarələrin hazırlıq prosesinin görüntüləri də yer alıb.

Pakistanda isə təxliyələr davam edir: qapalı qalan insanlar helikopterlərlə xilas edilib
Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) 14 iyundan bəri davam edən musson yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 1000-dən çox insanın həyatını itirdiyini açıqlayıb.

Güclü yağışlar nəticəsində 992 min 871 evin zərər gördüyü, 727 min 144 kənd təsərrüfatı heyvanının tələf olduğu, təxminən 33 milyon 46 min insanın yağışlardan zərər çəkdiyi, 498 min 442 insanın yardım düşərgələrində yaşadığı bildirilib.

Әlaqәli Xәbәrlәr