“2023-cü il müjdə verəcəyimiz yeni bir mərhələ olacaq”, R.T.Ərdoğan

30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə paylaşdığı təbrik mesajında R.T.Ərdoğan deyib...

1873484
“2023-cü il müjdə verəcəyimiz yeni bir mərhələ olacaq”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünün qeyd ediləcəyi 2023-cü ilin böyük və qüdrətli Türkiyənin quruculuğunun müjdəçisi və yeni bir mərhələ olacağını bildirib.

  30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə paylaşdığı təbrik mesajında R.T.Ərdoğan deyib: “Böyük Zəfərin 100-cü ildönümünə qədəm basdığımızdan haqlı olaraq qürur duyuruq.

  Millətin 30 Avqust Zəfər Bayramını, Şimali Qıbrız (Kipr) Türk Cümhuriyyətindəki qardaşları və dünyanın hər yerində yaşayan bütün vətəndaşları təbrik edirəm.

  Böyük Zəfər ilə bir daha təsdiqləndi ki, bu gün azad yaşadığımız torpaqlar bizim əzəli və əbədi vətənimizdir.

  30 Avqustun türk millətinin əsirliklə azadlıq arasında seçim etmək məcburiyyətində qaldıqda nələrə nail ola biləcəyinin ən bariz sübutudur.

  Nəhayət, 2016-cı il iyulun 15-nə keçən gecə baş verənlər (çevriliş cəhdi) bir daha göstərdi ki, Böyük Taarruza (Hücum) ilham verən sarsılmaz iradə hələ də qəlbimizdə yaşayır.

  Türkiyə keçmişindən aldığı güclə öz parlaq və firavan gələcəyini qurmaq üçün möhkəm addımlar atır.

  Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü il, inşallah, böyük və qüdrətli Türkiyənin qurulmasının müjdəsini verəcəyimiz yeni bir mərhələ olacaq.

  ​​Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk və silahdaşlarının xatirəsini ehtiramla yad edirik”.



Әlaqәli Xәbәrlәr