Türkiye XİN Liviyadakı münaqişәlәrlә bağlı bәyanat yayıb

Türkiyenin Xarici İşlәr Nazirliyi Liviyada dinc sakinlәrin ölümü ilә nәticәlәnәn münaqişәlәrlә bağlı bәyanat yayıb.

1873031
Türkiye XİN Liviyadakı münaqişәlәrlә bağlı bәyanat yayıb

Türkiyenin Xarici İşlәr Nazirliyi Liviyada dinc sakinlәrin ölümü ilә nәticәlәnәn münaqişәlәrlә bağlı bәyanat yayıb.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Türkiye Liviyada dinc əhalinin ölümü ilə nəticələnən və davam etməkdə olan münaqişələri böyük narahatlıqla izləyir. Tәrәflәri təmkin və sağlam düşüncəyə dəvət edir, münaqişələri dərhal dayandırmağa çağırırıq".

Türkiyenin Xarici İşlәr Nazirliyi Liviyada artan zorakılığın həm də ölkə xalqının davamlı sülh və sabitliyə nail olmaq əzmini, siyasi prosesi, xüsusən də seçkilərin keçirilməsini inkişaf etdirməyi təhlükə altına qoyduğunu vurğulayıb.

Tәrәflәrә silahlarını susdurmaları vә problemlәrini sülh yolu ilә hәll etmәlәri ilә bağlı çağırış edilәn bәyanatda hәmçinin deyilir:

‘‘Türkiye Liviyanın daimi sabitliyi, rifahı və təhlükəsizliyi üçün Liviya xalqının istək və gözləntiləri çərçivəsində ədalətli, azad və ümummilli seçkilərin ən qısa zamanda keçirilməsini vacib hesab edir. Bu çərçivədə Birlәşmiş Millәtlәr Tәşkilatının dəstəyi ilə hüquqi infrastruktur işləri sürətlə tamamlanmalıdır. Bu məqsədlərə uyğun olaraq, indiyə qədər etdiyimiz kimi, liviyalı qardaşlarımızın yanında olmağa və davamlı sülh və sabitliyin bərqərar olması üçün hər cür dəstəyi verməyə davam edəcəyik".

 



Әlaqәli Xәbәrlәr