Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatı Sammitində iştirak edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, 14 ölkənin dövlət başçısı Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində iştirak edəcək

1872800
Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatı Sammitində iştirak edəcək

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, 14 ölkənin dövlət başçısı Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində iştirak edəcək.

  Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) koordinatoru Rəhmətulla Nurimbetov paytaxt Daşkənddə sentyabrın 15-16 tarixlərində keçiriləcək ŞƏT Zirvə toplantısına hazırlıqla bağlı məlumatlandırma görüşü keçirərək deyib: “Zirvə toplantısında 14 ölkənin dövlət başçısı və 10 beynəlxalq təşkilatın yüksək vəzifəli şəxsləri iştirak edəcək. Təşkilata üzv ölkələr arasında əməkdaşlığın inkişafı üçün iqtisadiyyat, ticarət, investisiya, turizm, mədəniyyət və humanitar sahələr olmaqla 20-dən çox sazişin imzalanması nəzərdə tutulur.

  Üzvlər - Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Hindistan, Özbəkistan, təşkilatın müşahidəçi üzvləri - Belarus, Monqolustan və İran dövlət başçılarının dəvəti ilə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu beynəlxalq tədbirə dəvət olunub.

  Türkiyə Özbəkistanın yaxın strateji tərəfdaşı və qardaş ölkədir. Bölgədə baş verən prosesləri və Özbəkistanın bugünkü xarici siyasət hədəflərini nəzərə alaraq Türkiyə kimi bir ölkənin ŞƏT tədbirinə dəvət edilməsi düzgün qərardır. Bu dəvət təşkilatın bütün üzvləri tərəfindən dəstəkləndi."

  Qeyd edək ki, 2001-ci il iyunun 15-də yaradılan Şanxay Əməkdaşlıq Təşkilatı Çin, Rusiya, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Özbəkistan, Hindistan və Pakistandan ibarətdir. Türkiyə 2012-ci ildən təşkilatın dialoq tərəfdaşıdır.



Әlaqәli Xәbәrlәr