Daha bir terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub

PKK terror təşkilatının dağılma prosesi davam edir.

1872487
Daha bir terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub

Türkiye Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, daha 1 terrorçu inandırma səyləri nəticəsində təhlükəsizlik qüvvələrinə təslim olub. 2022-ci ildə inandırma yolu ilə təslim olan təşkilat üzvlərinin sayı 74-ə yüksəlib.

Daxili İşlər Nazirliyinin koordinasiyasında Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Baş İdarəsi tərəfindən həyata keçirilən inandırma səyləri nəticəsində PKK terror təşkilatından qaçan daha 1 terror təşkilatı üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Təslim olan təşkilat üzvünün İraqda fəaliyyət göstərdiyi müəyyən edilib.

Davam edən inandırma səyləri ilə 2022-ci ildə təslim olan təşkilat üzvlərinin sayı 74-ə yüksəlib.

Digər tərəfdən, bölücü terror təşkilatı PKK/PYD-YPG-nin təşkilatdan qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olmaq istəyən 3 terrorçunu edam etdiyi müəyyən edilib.
Dağılma prosesini gizlətməyə çalışan terror təşkilatının üzvləri dırnaqarası yüksək rütbəli adlanan şəxslərin göstərişi ilə edamlara başlayıblar.

Bu çərçivədə Suriyanın Derik bölgəsində PKK/PYD-YPG daxilində fəaliyyət göstərən terrorçular Çetin Süer, Sedat Süer və Fuat Balcakın təşkilatdan qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olmaq istədikləri üçün edam edildiyi məlum olub.

Terror təşkilatının bu edamları gizlətmək üçün öldürülən terrorçuları casusluqda ittiham etdiyi müəyyən edilib.



Әlaqәli Xәbәrlәr