Türkiyedən Əfqanıstana yeni xeyriyyə qatarları yola salınıb

10 qeyri-hökumət təşkilatının dəstəklərilə təşkil edilən 6-cı qrup "Xeyriyyə Qatarları" bu gün Ankara vağzalından yola salınıb.

1871806
Türkiyedən Əfqanıstana yeni xeyriyyə qatarları yola salınıb

Türkiye Cümhuriyyəti Dövlət Dəmir Yolları (TCDD) nəqliyyat anonim şirkəti(AŞ) müdirliyi və Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyin koordinasiyasında 10 qeyri-hökumət təşkilatının dəstəklərilə təşkil edilən 6-cı qrup "Xeyriyyə Qatarları" bu gün Ankara vağzalından yola salınıb.

Təşkil edilən mərasimdə TCDD Nəqliyyat AŞ baş direktorunun müavini Çetin Altun Əfqanıstana 5 qrupda 13 qatar, 298 vaqon, 228 konteyner və ümumilikdə 5534 ton yardım materialının çatdırıldığını bildirib.

Ç.Altun deyib ki, hazırda 69 vaqon və 1500 ton yüklə 6-cı qrup 3 qatarı Əfqanıstandakı qardaşlarımıza yola salırıq. Türkiyedən yola düşərək İran və Türkmənistan üzərindən Əfqanıstanın Turqundi şəhərinə çatacaq qatarlarımız digərləri kimi təxminən 4168 kilometr məsafə qət edərək, 11-14 gün ərzində ehtiyacı olanlara çatacaq.

AFAD-ın svdr müavini Həmzə Taşdelen də bu yardımların həyati əhəmiyyətinə diqqət çəkərək deyib:
“Əfqanıstanda 27 milyon insanın yaşaması üçün dəstəyə, təxminən 19 milyon insanın təcili qidaya ehtiyacı var. TCDD Nəqliyyat AŞ və qeyri-hökumət təşkilatları ilə birlikdə 2021-ci ildə başladığımız 'Xeyriyyə Qatar Layihəsi' ilə bu günə qədər cəmi 14 qatar Əfqanıstana çatdı. Bu gün 6-cı qrup qatarı yola düşür. Beləliklə, 6 səfərdə cəmi 17 qatarla 1 milyon 250 min insana 7 min 135 ton yardım çatdırmış olacağıq”.



Әlaqәli Xәbәrlәr