"Taxıl dəhlizi sazişi danışıqların bərpasına imkan yaradacaq yeni platforma ola bilər", İ.Kalın

İbrahim Kalın "Taxıl dəhlizi sazişi Rusiya və Ukrayna üçün danışıqların bərpasına imkan verəcək yeni platforma yarada bilər" deyib.

1871618
"Taxıl dəhlizi sazişi danışıqların bərpasına imkan yaradacaq yeni platforma ola bilər", İ.Kalın

"Taxıl dəhlizi sazişi Rusiya və Ukrayna üçün danışıqların bərpasına imkan verəcək yeni platforma yarada bilər".

Bunu prezidentin sözçüsü İbrahim Kalın ABŞ-ın "CNN International" telekanalında Moskva-Kiyev münasibətlərini dəyərləndirərkən deyib.

Kalın bildirib ki, beynəlxalq ictimaiyyət də danışıqların bərpası üçün Rusiya və Ukraynaya dəstək verməlidir:

“Bunun baş verməsi üçün təbii ki, Rusiya Ukrayna şəhərlərinə hücumlarını dayandırmalıdır. Hər iki tərəfdə aydın anlaşma və könüllülük olmalıdır. Türkiye bu mövzuda tərəfləri bir araya gətirmək üçün ciddi səy göstərir''.

Prezidentin sözçüsü bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin yaxın zamanda Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasına səfəri mümkün ola bilər.

Müstəqil heyətin AES-də təhlükəsiz və sərbəst bir mühitdə çalışacağına və səfərin gərginliyi bir müddət dayandıracağına inandıqlarını ifadə edən İ.Kalın Rusiya da daxil heç kimin nüvə fəlakəti istəmədiyinin vurğulayıb.

İbrahim Kalın Türkiyenin beynəlxalq nümayəndə heyətlərini çağıraraq Atom Elektrik Stansiyasının təhlükəsizliyini təmin etmək istədiyini qeyd edib. 

Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi imzalanacağı təqdirdə Krımın yenidən Ukrayna ərazisinin bir hissəsinə çevrilməsinin vacibliyini vurğulayan İbrahim Kalın "Krımın Rusiya tərəfindən ilhaqı qanunsuzdur və Türkiyenin bu məsələdə mövqeyi 2014-cü ildən dəyişməyib. Krım Ukrayna ərazisinin bir hissəsidir. Bu, Rusiya Federasiyası ilə Ukrayna arasında bağlanacaq istənilən müqavilənin əsasını təşkil etməlidir" deyib.



Әlaqәli Xәbәrlәr