Rәcәb Tayyib Әrdoğan vә Mahmud Abbas birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasının vacibliyini vurğulayıb.

1871492
Rәcәb Tayyib Әrdoğan vә Mahmud Abbas birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasının vacibliyini vurğulayıb.

Prezident Rәcәb Tayyib Ərdoğan ötən gün Türkiyәyә sәfәr edәn  Fələstin dövlәt başçısı Mahmud Abbası Prezident İqamәtgahında rəsmi mərasimlə qarşılayıb. Liderlәr görüşdən sonra birgə mətbuat konfransı tәşkil ediblәr.

Mәtbuat konfransında çıxış edәn Türkiye Prezidenti Rәcәb Tayyib Әrdoğan deyib:"Qüds və Məscidül-Əqsanın statusunun dəyişdirilməsinə yönəlmiş heç bir addımı qəbul etmirik. Həssaslığımızı israilli həmkarlarımıza çatdırdıq. İsrai ilә münasibətlərimizdə atılan addımlar Fələstin məsələsinə olan  dəstəyimizi heç bir şəkildə azaltmayacaq. Birlәşmiş Millәtlәr Tәşkilatının parametrlәri әsasında paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması bütün bölgəmizin  sülh və sabitliyi üçün zəruridir”.

Fәlәstin dövlәt başçısı Mahmud Abbas isә öz növbәsindә deyib: “Prezident Rәcәb Tayyib Ərdoğana Fələstin xalqının yanında olduğu və sarsılmaz mövqeyinə görə səmimi təşəkkürümü bildirirəm”.

Mahmud Abbas Rәcәb Tayyib Әrdoğanla regional və qlobal problemləri, Türkiyənin dünya ərzaq təhlükəsizliyi kontekstindəki rolunu, habelә ikitərəfli münasibətlərin gələcəyini də müzakirə etdiklərini bildirib.



Әlaqәli Xәbәrlәr