Mövlud Çavuşoğlu ilə Cozep Borrell arasında telefon danışığı olub

Avropa İttifaqının (Aİ) xarici siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Türkiyenin Rusiyaya təsir imkanlarından istifadə edə biləcəyinə ümid etdiyini bildirib.

1871024
Mövlud Çavuşoğlu ilə Cozep Borrell arasında telefon danışığı olub

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Türkiyenin Rusiyaya təsir imkanlarından istifadə edə biləcəyinə ümid etdiyini bildirib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Çavuşoğlu ilə Borrell arasında telefon danışığı olub.

Telefon söhbəti zamanı Ukraynada baş verən son hadisələr müzakirə olunub.

Borrell nazir Çavuşoğlu ilə telefon danışığı ilə bağlı sosial mediada paylaşım edib.

Görüşdə Ukrayna taxılının ixracı üçün razılığın əldə edilməsində və "Rusiyanın Ukraynaya təcavüzünün" azaldılmasında Türkiyenin rolunu vurğulayan Borrell "Ümid edirəm ki, Türkiyə mənasız müharibəni dayandırmaq üçün Rusiyaya təsir imkanlarından istifadə edə biləcək” deyib.



Әlaqәli Xәbәrlәr